Ukrayna yeni minalarını və top mərmilərini sınaqdan keçirib

2018/07/275660_1532612981.jpg
Oxunub: 3626     21:54     26 İyul 2018    
Ukrayna ordusu özünün yeni 60 və 120 mm-lik minalarını və 152 mm-lik top mərmilərini sınaqdan keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sınaqlar ölkənin Çernihiv bölgəsində həyata keçirilib.

Məsələ ilə bağlı Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri Aleksandr Turçinovun bildirdiyi açıqlamaya əsasən, yeni top mərmiləri “Hyacinth” topları üçün nəzərdə tutulub.

Turçinov bildirib ki, həm 60 və 120 mm-lik minaların, həm də 152 mm-lik HE sinif top mərmilərinin sınağı uğurla yekunlaşdırılıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Top-Mərmisi   Mina   Sınaq  


Bizi "telegram"da izləyin