Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu müqavilələrin başında Rumıniya ilə əldə edilən razılıq dayanır.
Belə ki, şirkət Pentaqonun təklifi ilə Rumıniya ordusu üçün “Patriot” hava hücumundan müdafiə sistemləri quracaq.
Bildirilir ki, ümumi dəyəri 395,8 milyon dollar olan bu layihə şirkətin bu ilin 2-ci rübü üçün HHM sistemləri ilə bağlı imzaladığı ümumi dəyəri 1,514 milyard dollar olan 6 müqavilədən biridir.
Qeyd edək şirkət ötən ilin anoloji dövrü ərzində HHM sistemlərinin satışı ilə bağlı 1,462 milyard dollarlıq 6 müqavilə imzalamışdı. Bu da bu il ərzində 4 faiz artımımn olduğunu deməyə imkan verir. Həmçinin qeyd olunan dövrdə bu sahədən əldə edilən gəlirlərdə də 5,5 faiz artım yaşanıb.
Dəyanət Ağalarlı
Ordu.az