Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, 1950-53-cü illərdə baş verən Koreya Müharibəsində sülh müqaviləsinin bağlanmaması ABŞ rəhbərliyindəki BMT qüvvələrinin KXDR-lə hələ də texniki olaraq müharibə vəziyyətində qalmasına səbəb olur.
Sabah 65-ci ildönümü olacaq atəşkəs BMT Komandanlığı tərəfindən iki ölkənin sərhədində həyata keçiriləcək xüsusi tədbirlə qeyd olunacaq.
Cənubi və Şimali Koreya dövlətlərinin liderləri arasında apreldə baş tutan sammitdə ABŞ və Çinlə birlikdə atəşkəs sazişi əvəzində sülh müqaviləsinin imzalanması istiqamətində çalışmalar aparılmasına razılıq verilib.
İyunda ABŞ prezidenti Donald Tramp və KXDR rəhbəri Kim Çen In isə iki ölkənin xalqlarının sülh və əmin-amanlığına istiqamətlənmiş yeni ABŞ-KXDR əlaqələrinin qurulmasını nəzərdə tutan birgə bəyannamə imzalandı.
Bir çox ekspert düşünür ki, ABŞ sülh sazişi imzalanmasının Kimi danışıqlara məcbur edən beynəlxalq təzyiqi zəiflədəcəyindən ehtiyat edir. Həmçinin belə bir müqavilə ABŞ-ın Koreya yarımadasındakı hərbi mövcudluğunun hüquqiliyini də kölgə altına qoyar.
Ağalar Ağalarlı
Ordu.az