Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, bu barədə ötən gün yerli televiziyalardan birində qatıldığı proqram zamanı bildirib.
Pompeo bildirib ki, hazırda beynəlxalq ictimaiyyətin bu məsələ ilə bağlı şübhələri və bu şübhələrdən doğan bir sıra narahatlıqları mövcuddur.
“Başa düşürəm son bir neçə həftədə yayılan bir sıra xəbərlər vardı ki, politoloqların narahatlığına səbəb olurdu. Peykdən əldə edilən görüntülər bizə onu göstərirdi ki, KXDR nüvə mərkəzlərinin dağıdılmasında müəyyən qədər ləngiyir. Lakin aparılan danışıqlardan sonra aydın oldu ki, Pxenyan bu məsələdə maksimum sürətlə işləyir. Sadəcə olaraq planlanan sürət KXDR-in imkanlarının daha üzərindədir deyə faktiki olaraq gecikmələr yaşanır. Ən son olaraq ötən gün daha bir mərkəzin ləğv edilməsinə başlanıldı. Şimali Koreya rəhbərliyi ən qısa zamanda nüvə başlıqarı daşıyan raketlər üçün mühərikklərin istehsalın edildiyi mərkəzin dağıdılmasına start verir”, - deyə nazir qeyd edib.
Dəyanət Ağalarlı
Ordu.az