BMT Suriya Konstitusiya Komitəsini sentyabrda qurmağı hədəfləyir

2018/07/456_1532586772.jpg
Oxunub: 4274     14:32     26 İyul 2018    
BMT sentyabr ayının son həftəsində dünya liderlərinin qatılacağı BMT Baş Assambleyasının toplantısından öncə Suriya Konstitusiya Komitəsini qurmağı və çalışmaları başlatmağı düşünür.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu BMT-nin Suriya üzrə Xüsusi Nümayəndəsi Staffan De Mistura bəyan edib.

De Mistura Cenevrədən videokonfrans yolu ilə edilən qapalı yığıncaqda Suriyadakı proseslərə dair BMT Təhlükəsizlik Şurasını məlumatlandırıb.

BMT TŞ-nin iyul ayı üzrə sədri və eyni zamanda İsveçin BMT yanındakı daimi nümayəndəsi Oleq Skuf iclasdan sonra etdiyi açıqlamada Staffan De Misturanın Suriya Konstitusiya Komitəsinin son siyahısını vermək məqsədilə gələn həftə Türkiyə, Rusiya və İranın Soçidə həyata keçirəcəyi iclasa qatılacağını bildirib.

Qeyd edək ki, Suriya Konstitusiya Komitəsinin formalaşdırılmasına dair qərar cari il yanvarın 30-da Soçidə baş tutan Suriya Milli Dialoq Konqresində qəbul edilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Suriya  


Bizi "telegram"da izləyin