Pompeo NATO-nu imtina edilməyəcək sütun adlandırıb

2018/07/5435_1530183123_1532586679.jpg
Oxunub: 3220     14:26     26 İyul 2018    
ABŞ Xarici İşlər naziri Mayk Pompeo NATO-nun ABŞ-ın milli təhlükəsizliyi üçün olan əhəmiyyətindən danışıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, bu barədə ABŞ Senatının Xarici Əlaqələr Komitəsinə etdiyi açıqlamada bildirib.

Nazir qeyd edib ki, NATO və ABŞ arasında əməkdaşlıq bundan sonra da müsbət məcrada davam edəcək.

“NATO ABŞ milli təhlükəsizliyinin əsla imtina edilməyəcək sütunu olaraq qalacaq. Biz başa düşürük ki, zəif tərəflərimiz düşmənlərimizin təqdimatını gücləndirdiyi kimi, güclü tərəflərimiz də bizi müdafiə edir. NATO da ikinci qrupun ayrılmaz parçalarındandır”, - deyə Pompeo bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pompeo   NATO  


Bizi "telegram"da izləyin