Ordu.az xəbər verir ki, bu barədə rəsmi məlumatı ABŞ-ın Maliyyə Nazirliyi bildirib.
Qeyd olunub ki, ABŞ və Fransa hökumətləri Suriyada kütləvi qırğın silahlarının istifadəsinin qarşısının alınması üçün 5 quruma və 8 şəxsə sanksiyalar tətbiq edir.
Belə ki, Suriya Elmi və Tətqiqat Mərkəzi ilə əməkdaşlığı müəyyən edilən sözü gedən qurum və şirkətlərə hər növ kimyəvi və bakteroloji silahların satışı, onlarla bağlı hər hansısa məlumatların verilməsi ilə bağlı tam həcmli sanksiyalar tətbiq olunub.
Qeyd edək ki, qərarı Fransa tərəfi də təsdiqləyib.
Dəyanət Ağalarlı
Ordu.az