İsrail Suriyadan gələn raket zərbələrinə cavab verib

2018/07/1458455646541_1532581961.jpg
Oxunub: 1494     13:11     26 İyul 2018    
İsrail gecə saatlarında Kinneret bölgəsinə iki ədəd BM-21 raketi atıldıqdan sonra Suriyaya hava zərbələri endirib.

Ordu.az “Haaretz”ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda ordunun hücum zamanı həm də artilleriya silahlarından da istifadə etdiyi bildirilib.

Suriyadan olan mənbələr İsrailə mənsub havadan müdafiə sistemlərinin raketləri zərərsizləşdirməkdə uğursuz olduğunu iddia etsələr də, İMQ çöl əraziyə düşməsindən dolayı raketlərlərin zərərsizləşdirilməsinə cəhd edilmədiyini qeyd edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Suriya  


Bizi "telegram"da izləyin