Suriyada İŞİD-in məğlubiyyəti sadəcə 2-3 ay uzaqdadır

2018/07/37791087_2613720958854056_2962569437489659904_n_1532534750.jpg
Oxunub: 2933     01:13     26 İyul 2018    
“İŞİD Suriyada hazırda cəmi 20 mil uzunluqda əraziyə nəzarət edir ki, bunun da 6 mili Fərat çayı boyuncadır”.

Ordu.az “Military Times”a istinadən xəbər verir ki, bu fikirləri NATO-nun İŞİD-ə qarşı missiyası nəzdindəki sivil hərbi əməliyyatların rəhbəri fransız briqada generalı Frederik Parisot səsləndirib.

O, İŞİD-in məğlubiyyətinə bir neçə ayın qaldığını iddia edib və sonuncu döyüşün çox sürətlə baş verəcəyinə ümidvar olduğunu vurğulayıb.

Hazırda İŞİD döyüşçüləri əsasən Suriyanın Əbu Kamal şəhəri ilə İraq sərhədi arasında qalan zolaqda yerləşirlər. Parisot onların hər tərəfdən əhatə alındıqlarını və bu məsələdə İraq qüvvələrinin böyük iş ortaya qoyduqlarını bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İŞİD   Suriya   NATO  


Bizi "telegram"da izləyin