Dron Sensorlarının bazar analizi: 2018-2023 (HESABAT)

2018/07/Drone-with-Velodyne-LiDAR-sensor_1532527170.jpg
Oxunub: 2662     21:56     25 İyul 2018    
2018-2023-cü illər üçün edilən proqnozlara əsasən dron aparatları üçün sensorların istehsalının qarşıdakı 5 il ərzində 3 dəfə artacağı gözlənilir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə araşdırmanı “Research And Markets” şirkəti həyata keçirib.

Şirkətin yayımladığı hesabata əsasən bu il bazarın qlobal miqyasda həcmi 345,6 milyon dollar təşkil edib.

Bazarın inkişaf dinamikası ilə bağlı aparılan araşdırmalar onu göstərir ki, dron sensorları üzrə 2023-cü ildəki istehsal və satış həcmi bu ilki göstəricini təxminən 3 dəfə üstələyərək 1 milyard 7 milyon dollar təşkil edəcək.

Bildirilib ki, hazırda bu bazarda ilk 5 pillədə qərarlaşan şirkətlər ardıcıl olaraq “Trimble”, “Bosch Sensortec”, “TDK İnvensense”, “Sparton NavEx” və “Raytheon”dur.

Həmçinin ölkələr olaraq yanaşdıqda isə dron sensorlarının əsas istehsalçı və istehlakçısı ABŞ-dır. Onu istehsal baxımından Çin və Böyük Britaniya, istehlakda isə Fransa və Çin izləyir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dron-Sensorları   Bazar-Araşdırması   Hesabat  


Bizi "telegram"da izləyin