Terrorçular Latakiyada yeni mərkəz formalaşdırır

2018/07/456_1532525047.jpg
Oxunub: 3506     21:17     25 İyul 2018    
“Hayat Təhrir Əş-Şam” terror qruplaşması Suriya ordusunun bölgəyə əlavə hərbi qüvvələr topladığı bir vaxtda öz fəaliyyətlərini daha da aktivləşdirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı yerli mənbələr yayıb.

Bildirilib ki, bu məqsədlə terrorçu qruplaşma bölgədə özünün yeni idarəetmə mərkəzini formalaşdırır.

Belə ki, “Hayat Təhrir Əş-Şam” terror qruplaşması rəhbərliyi özünün İdlib və Latakiyadakı əməliyyatlarını koordinasiya etmək üçün yüksək texnologiya ilə təchiz edilən yeni mərkəzini açıb.

Qeyd edək ki, bu addım Suriya ordusunun İdlibdə həyata keçirməyə hazırlaşdığı geniş miqyaslı əməliyyatların qarşısını almaq məqsədi güdür.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Latakiya   Terror  


Bizi "telegram"da izləyin