Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə Türkiyənin cənub-şərqində Hakkari bölgəsində baş verib.
Türkiyə hərbi mənbələri bildirib ki, bir az öncə bölgədə kəşfiyyat uçuşu həyata keçirən pilotsuz uçuş aparatı vasitəsilə PKK terror qruplaşmasının 4 üzvünün qaçaq yolla İraqdan Türkiyəyə keçdiyi müəyyən edilib.
Dərhal Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar terrorçuların olduğu mövqelərə aviazərbələr endirib.
Rəsmi məlumata əsasən əməliyyat zamanı terrorçuların 4-ü də məhv edilib.
Dəyanət Ağalarlı
Ordu.az