"Qara dənizdə təlimlər Ukrayna böhranını dərinləşdirir" – Zaxarova

2018/07/2815117_1532503771.jpg
Oxunub: 2414     18:14     25 İyul 2018    
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova NATO-nu Qara dənizdə keçirilən təlimlərə görə qınayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Zaxarova bu addımın Ukrayna böhranını daha dərinləşdirəcəyini qeyd edib.

O bildirib ki, Ukrayna və NATO-nun ortaq şəkildə keçirdiyi “Sea Breeze 2018” hərbi təlimləri Ukraynada hökumətə qarşı çıxan qüvvələrin daha qıcıqlanmasına səbəb olacaq.

“Şübhəsiz ki, NATO və Ukraynanın Donbasda yaşanan gərginliklərin davam etdiyi bir zamanda Qara Dənizdə təlimlər keçirməsinin heç bir məntiqi açıqlaması ola bilməz. Bu, Ukrayna böhranını gərginləşdirmək və Rusiyanı təhdid etmək deməkdir”, - deyə o vurğulayıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Ukrayna   Rusiya   Zaxarova  


Bizi "telegram"da izləyin