“Suriyada Rusiya ilə hərbi əməkdaşlıqdan söhbət gedə bilməz” – Mettis

2018/07/Снимок_1532498553.png
Oxunub: 2887     13:57     25 İyul 2018    
ABŞ Müdafiə Naziri Ceyms Mettis Suriya münaqişəsinin həllində Rusiya və ABŞ arasında heç bir hərbi əməkdaşlığın olmadığını bildirib

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Mettis ötən gün keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, ölkəsinin Suriya məsələsindəki mövqeyi bəllidir. Müharibələr sona çatmalı, Əsəd iqtidardan çəkilib demokratik səsvermələrə getməlidir.

“Hazırda bizim bölgədə NATO müttəfiqlərimizlə və İraqla əməkdaşlıq həyata keçirdiyimizi deyə bilərəm. ABŞ həmçinin müstəqil şəkildə də Suriya daxilində öz fəaliyyətlərini davam etdirir. Lakin Rusiya ilə heç bir hərbi əməkdaşlıqdan söhbət gedə bilməz. Rəsmi Moskva tələblərimizi yerinə gətirmədiyi müddətcə bu, dəyişməz olaraq qalacaq”, - deyə nazir bildirib.

Qeyd edək ki, ABŞ-ın Suriya məsələsində Rusiyaya etdiyi əsas tələb Moskvanın Bəşər Əsədi dəstəkləməyi dayandırmasıdır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya   Suriya   Hərbi-Əməkdaşlıq  


Bizi "telegram"da izləyin