Strateji bombardımançı qırıcılar bazarının analizi: 2013-2025 (HESABAT)

2018/07/37725194_2612404888985663_9134950260936802304_n_1532448394.jpg
Oxunub: 2613     00:12     25 İyul 2018    
Strateji bombardımançı qırıcılarının istehsalı və satışı üzrə statistikalar və proqnozlar bu sahənin perspektivindən xəbər verir.

Ordu.az “İndustry Today”ə istinadən xəbər verir ki, inkişaf tempinə əsasən bu bazar pilotsuz uçuş aparatları bazarından sonra aviasiya sahəsində ikinci pillədədir.

Belə ki, 2013-2018-ci illərdə ortalama olaraq 5,5 faiz artımın yaşandığı strateji bombardımançıların istehsalı və satışı bazarında bu tendensiyanın azı 2018-2025-ci illərdə də davam etməsi gözlənilir.

Jurnalın yayımladığı hesabata əsasən hazırda bazara liderliyi ABŞ-ın “Boeing” şirkəti edir. Onun ardınca isə yenə ABŞ-ın “Northrop” şirkəti, Rusiyanın “Tupolev” və Çinin “Xian” şirkətləri gəlir.

Ayrı-ayrı ölkələrin statistikasında isə liderlik yenə də ABŞ-a məxsusdur. Belə ki, ABŞ-ın bu sahədə olan istehsal həcmi bütün dünyanın təxminən 40 faizini, ABŞ ordusunun sözügedən qırıcılara olan tələbatı isə təxminən 25 faizini təşkil edir.

Qeyd edək ki, siyahıda növbəti pillələrdə Böyük Britaniya, Rusiya, Çin, Fransa, Yaponiya və s. dövlətlər qərarlaşıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Strateji-Bombardımançı-Qırıcılar   Bazar-Araşdırması   Hesabat  


Bizi "telegram"da izləyin