C.Koreya KXDR-lə sərhəddəki hərbi qüvvələrini azalacaq

2018/07/Снимок_1532428731.png
Oxunub: 4085     18:48     24 İyul 2018    
Cənubi Koreya KXDR-lə sərhəddə hərbsizləşdirilmiş zonadakı hərbi qüvvələrinin sayının azaldılmasını planlaşdırır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat Cənubi Koreya Müdafiə Nazirliyi tərəfindən bildirilib.

Qeyd olunub ki, Cənubi Koreya rəhbərliyi KXDR-lə sərhəddə saxladığı hərbi qüvvələrin azaldılmasını planlaşdırır. Məlumata əsasən bir neçə gündür müzakirə edilən qərarın qəbul edilməsi yönündə ciddi irəliləyişlər əldə edilib.

Qeyd edək ki, sözügedən hərbi birliklər Cənubi Koreya ilə KXDR sərhədində Panmuncom kəndi yaxınlığındakı hərbi bazada yerləşdirilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   KXDR  


Bizi "telegram"da izləyin