SQQ daha bir neçə məntəqəni azad edib

2018/07/13970208000709_Test_PhotoI_1532427228.jpg
Oxunub: 2501     18:16     24 İyul 2018    
Suriya Quru Qoşunları İsraillə sərhədyanı bölgələrdə bir neçə məntəqəni azad edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Suriya hərbi mənbələri yayıb.

Bildirilir ki, ordu İsraillə sərhəddə yerləşən Küneytrə vilayətinin Əl-Batihə və Əl-Rəfid yaşayış məntəqələrini üsyançılardan, Qadir Əl-Büstrən şəhərini isə İŞİD terror qruplaşmasından azad edib.

Qeyd edək ki, Suriya ordusuna məxsus çox sayda hərbçidən ibarət əlavə dəstək qüvvələri bölgədə əməliyyatların davam etdirilməsi üçün Küneytrəyə gətirilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Müxaliflər   İŞİD   Terrorla-Mübarizə  


Bizi "telegram"da izləyin