Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat Pentaqondan bildirilib.
Qeyd olunub ki, Əfqanıstan Hərbi Hava Qüvvələrinin ənənəvi olaraq istifadə etdiyi uçuş vasitələri içərisində əsas yeri Mi-17 helikopterləri tutur.
Hazırda isə Əfqanıstan bu helikopterlərin ABŞ istehsalı olan “Blackhawks” helikopterləri ilə əvəzlənməsinə çalışır.
Həmçinin Əfqanıstan ordusu daxilində istifadə olunan qırıcıların da Qərb istehsalı olan müasir təyyarələrlə əvəzlənməsi üçün NATO ilə Əfqanıstan hökuməti arasında danışıqlar aparılır. ABŞ-ın bu məsələdə narahatlığını artıran əsas məsələ isə Əfqanıstan hökumətinin “Taliban” qiyamçılarının mövqeyini hələ də tam olaraq sarsıda bilməməsidir.
Belə ki, qiyamçıların istənilən an iqtidara gələ biləcək olması Vaşinqtonun və NATO rəsmilərinin Əfqanıstana geniş həcmdə aviasiya dəstəyi göstərməsinə mane olur.
Bildirilib ki, bu müddət ərzində Əfqanıstan Hərbi Hava Qüvvələri ilə NATO-ya məxsus aviasiya birlikləri bu boşluğu doldurmaq üçün birgə fəaliyyət göstərəcəklər.
Dəyanət Ağalarlı
Ordu.az