ABŞ QQ-nin kibertəhlükəsizlik sahəsində texniki dəstəyə ehtiyacı var

2018/07/456456_1532341649.jpg
Oxunub: 1406     23:54     23 İyul 2018    
ABŞ Quru Qoşunları kibertəhlükəsizlik sahəsində texniki imkanların çatışmazlığından ehtiyat edərək, bu sektora yatırımlarını artırmağı planlaşdırır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqonun Tədqiqatlar və Mühəndislik bölməsinin sədri Maykl Qriffin danışıb.

Onun sözlərinə görə, ordu döyüş vasitələrinin idarəetmə sistemlərinin kiberhücumlardan müdafiəsini gücləndirəcək. Bu baxımdan QQ-nin “Döyüş Komputerlər və Ağıllı Dəbilqə” adlandırdığı müdafiə texnologiyaları ilə təchiz olunacaq.

Həmin sistemlərlə təchiz olunmuş tank komandirlərinin tank daxilində baş verənləri, həmçinin tank komputerinin qəbul etdiyi informasiyanı emaletmə prosesini izləmə imkanı olacaq.

Qriffin layihənin uğurlu olacağı təqdirdə növbəti mərhələdə ABŞ HHQ və donanmasının da bu texnologiyalarla təmin ediləcəyini bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   QQ  


Bizi "telegram"da izləyin