Donbasda daha bir ukraynalı əsgər yaralanıb

2018/07/262297_1532334655.jpg
Oxunub: 4309     16:22     23 İyul 2018    
Ukraynanın şərqindəki separatçı qüvvələr son 24 saat ərzində atəşkəs rejimini 15 dəfə pozublar.

Ordu.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Birləşdirilmiş Qüvvələr Əməliyyatının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, separatçılar hücumlar zamanı ağır silahlardan, 82 və 122 mm-lik minaatanlardan istifadə ediblər.

Atışmalar nəticəsində Ukrayna ordusunun bir hərbi qulluqçusu, əks tərəfdən isə iki separatçının yaralandığı bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Donbas   Ukrayna  


Bizi "telegram"da izləyin