Azərbaycan və Fransa arasında hərbi-texniki əməkdaşlığın perspektivləri ilə bağlı
Ordu.az-a fransalı ekspert, “Defense Consulting” Burosunun həmtəsisçisi Edmon Yue açıqlama verib.
Qeyd edək ki, Yue silahlanma mövzusunda mütəxəssisdir. O, 2014-cü ilin prezident seçkilərində müşahidəçi olduğu təqdirdə Kiyevdə yaşayırdı. O, Fransa polisində istifadə edilən kiçik silahlar üçün DCB 95/2003 saylı beynəlxalq bir CIP indeksi alan döyüş sursatı hazırlayıb və istehsal edib. Yue özünün "Facebook" (https://www.facebook.com/DCB.HUET/) səhifəsində müdafiə sektoruna aid məlumatları, texniki və tarixi məsələləri dərc edir.
Müsahibimizin sözlərinə görə, bu gün Fransa dünyanın ikinci dəniz gücü hesab edilir və bu çərçivədə "Naval" şirkəti çox perspektivlidir.
"İlham Əliyevin "Naval" sədri və icraçı direktoru Erve Giyu ilə Parisdə görüşü əhəmiyyətlidir. Məsələ ondadır ki, Fransa, "Naval Group" şirkəti vasitəsilə dəniz sistemlərini layihələndirir və inşa edir. Şirkət əvvəllər DCNS (Direction des Constructions Navales - Hərbi gəmilərin tikintisi üçün Müdiriyyət) adlandırılırdı və Kral XIII Lyudovik dövründə Kardinal Rişelye tərəfindən yaradılan donanmanın sənaye strukturlarının davamı olan dövlət strukturu idi. "Naval Group" səhmlərinin 2/3 hissəsi Fransa dövlətinə məxsusdur. 400 illik ənənə və təcrübə bu şirkətin böyük bir üstünlüyüdür. O, Fransız Dəniz Donanmasının ehtiyacları və vəzifələri üçün çalışır, 20 il öncə fəaliyyətlərini planlaşdırır.
Şirkətdə 13 mindən çox insan çalışır. İllik dövriyyə isə 3 mlrd avrodan artıqdır. Şirkətin nümayəndəlikləri dünyanın bir çox ölkələrində təsis edilib. Şirkət dünyada ən müasir fırkateynlərin istehsalında öz biliklərini nümayiş etdirir", - deyə Yue qeyd edib.
Fransalı ekspert, Azərbaycan və Fransanın uzun müddət hərbi-texniki əməkdaşlıq sahəsində bir-biri ilə danışıqlar apardığını deyib: "Məlumdur, ki Azərbaycan patrul və sahil ehtiyacları üçün rəqabət təklifi və qabaqcıl məhsul axtarışını həyata keçirir. Fransa isə Avropada patrul gəmilərindən təyyarə daşıyıcılarına qədər geniş çeşiddə məhsullar təklif edə bilən yeganə müdafiə sənayesinə malikdir. Biz, həmçinin sualtı gəmi xəttini təklif edirik.
Fransa, digər ölkələrin donanmaları arasında "Fransız İsveçrə Ordu Bıçağı" olaraq adlandırılan "Mistral" sinifinin universal desant gəmilərində unikal bir təcrübəyə sahibdir.
Azərbaycan Prezidenti İlham Əliyevin və Fransadakı çoxsaylı sənaye şirkətlərinin rəhbərləri, xüsusilə "Naval Group"un baş direktoru Erve Giyu ilə keçirilən görüşlər onu göstərir ki, bəzi vacib potensial müqavilələr reallaşa bilər.
Fransa son zamanlar bu istiqamətdə "zərbə" altındadır: 14 İyul 2018-ci ildə Ukraynanın Daxili İşlər Nazirliyinin çox sayda idarəsinin ehtiyacları üçün nəzərdə tutulmuş 55 "Airbus" helikopterinin satın alınması üçün Ukrayna ilə 555 milyon avroluq müqavilə imzalanıb.
Azərbaycan öz Silahlı Qüvvələrini bütün sahələrdə modernləşdirir və bu xüsusən 2018-ci ildəki paradda yaxşı nümayiş olunub. Buna görə də mən yalnız hər iki ölkəyə səmərəli əməkdaşlıq arzulaya bilərəm".
Bəhram Batıyev
Ordu.az