Əfqanıstan ordusundan növbəti əməliyyat: 14 “Taliban” üzvü zərərsizləşdirilib

2018/07/345345_1532091952.jpg
Oxunub: 2354     21:02     20 İyul 2018    
Əfqanıstan ordusu Kunduzda “Taliban” qiyamçılarına qarşı əməliyyatlarını bu gün də davam etdirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Kunduz Polis idarəsinin mətbuat katibi Ənamuddin Rəhmani bildirib.

O qeyd edib ki, ordu qüvvələri bu gün Kunduz bölgəsinin Coy Beqom və İmam Sahib şəhərləri yaxınlığında əməliyyatlar keçirib.

Qeyd edək ki, əməliyyatlar nəticəsində 14 qiyamçının zərərsizləşdirildiyi bildirilir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Taliban  


Bizi "telegram"da izləyin