Fuad Ələsgərov MDB-nin Daxili İşlər nazirlərinə prezidentin salamlarını çatdırıb

2018/07/1532076387_1532085361.jpg
Oxunub: 396     15:13     20 İyul 2018    
Bakıda MDB ölkələrinin Daxili İşlər Nazirləri Şurasının iclası öz işinə başlayıb.

Ordu.az xəbər verir ki, yığıncağın açılışında Azərbaycan Respublikası Prezidentinin hüquq-mühafizə orqanları və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov tədbir iştirakçılarına Prezident İlham Əliyevin salamlarını çatdırıb.

Məlumata görə, görüşdə dövlətlərarası cinayətkarlıqla mübarizə proqramları, MDB ölkələrinin Daxili İşlər Nazirlikləri arasında əməkdaşlığın digər aktual sahələri, eləcə də üçüncü ölkə ərazisində terror və beynəlxalq terrorçu təşkilatların tərkibində silahlı münaqişələrdə iştirak edən şəxslər barədə informasiya mübadiləsi barədə məsələlərin həyata keçirilməsinə baxılacaq.

Həmçinin, görüş iştirakçıları tərəfindən MDB ölkələri ərazisində müasir informasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərin yeni növlərinə qarşı MDB ölkələrinin daxili işlər orqanlarının fəaliyyətinin koordinasiya mexanizminin təkmilləşdirilməsi müzakirə olunacaq.

Daxili İşlər Nazirliyinin iclası zamanı bu təşkilata sədrlik Azərbaycana keçəcək.

Ordu.az

Teqlər: Fuad-Ələsgərov   MDB   DİN  

Xəbər lenti

Fuad Ələsgərov MDB-nin Daxili İşlər nazirlərinə prezidentin salamlarını çatdırıb

2018/07/1532076387_1532085361.jpg
Oxunub: 397     15:13     20 İyul 2018    