Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı yerli mənbələr yayıb.
Qeyd olunub ki, Rusiya Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Suriyanın İordaniya ilə sərhəd bölgələrində yerləşən terrorçuların mövqelərinə 20-dən çox raket zərbəsi endirib.
Bildirilir ki, Deranın Cəlin, Ədvən və Tasil şəhərlərində həyata keçirilən hücumlar nəticəsində terrorçuların çox sayda üzvü məhv edilib, onlara məxsus sığınaaqlar isə yerlə-yeksan edilib.
Dəyanət Ağalarlı
Ordu.az