Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə onun senata ünvanladığı məktubda qeyd olunub.
O bildirib ki, ABŞ və Türkiyə NATO müttəfiqləridir. Həmçinin qırıcıların istehsal edilməsində hər iki tərəfin əməyi danılmazdır.
“Hazırkı situassiyada mən Türkiyəyə F-35 satışı ilə bağlı qoyulan qadağalara kəskin şəkildə qarşıyam. Türkiyə bizim NATO-dakı müttəfiqlərimizdəndir və bundan dolayı olaraq da təyyarənin istehsal edilməsində ABŞ və digər üzv dövlətlər kimi üzərinə düşəni həyata keçirib. Ankara F-35-lərin təkmilləşdirilmə mərhələsində 1,25 milyard dollar pul xərcləyib. İndi isə sadəcə istehsalçı şirkətin ABŞ-a məxsus olmasından dolayı Konqres belə bir haqqı olduğunu düşünür. Bu, bütün alyansın ümumi əməyinin bəhrəsidir. Ona görə də Türkiyəyə qoyulan sanksiyalardan olduqca narahatlığımı bildirmək istəyirəm”, - deyə Mettis qeyd edib.
Dəyanət Ağalarlı
Ordu.az