Ordu.az TASS-a istinadən xəbər verir ki, bu fikirləri Rusiya prezidenti Vladimir Putin səsləndirib.
Bu gün Rusiyanın xarici ölkələrdə olan səfirləri ilə bir araya gələn Putin hazırda mövcud olan qlobal təhlükəsizlik vəziyyətini müzakirə edib.
NATO-nun son dövrlərdə Rusiyanın milli təhlükəsizliyini təhdid edə biləcək təcavüzkar addımları artırdığını dilə gətirən Putin xüsusilə alyansın genişlənmə siyasətinə sərt reaksiya verib.
“Bizim gərginliyi artırmaq üzrə mərcə girmiş həmkarlarımız bu gün Ukrayna və Gürcüstanı alyansın hərbi orbitinə qoşmaqdan danışırlar. Halbuki onlar belə bir məsuliyyətsiz siyasətin ortaya çıxaracağı potensial nəticələr barəsində düşünməlidirlər”, - deyə Putin vurğulayıb.
Ağalar Ağalarlı
Ordu.az