YPG Afrində TSQ və ASO-ya hücum edib

2018/07/1061152582_1531897174.jpg
Oxunub: 3264     14:56     18 İyul 2018    
YPG terrorçuları Afrində Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun əsgərlərinə hücum ediblər.

Ordu.az “İraqi News”a istinadən xəbər verir ki, bu barədə bölgədə olan yerli mənbələr məlumat yayıblar.

Terrorçuların Afrində mina təmizlənmə işinə əngəl olmaq məqsədilə həyata keçirdikləri hücum əsgərlər tərəfindən dəf edilib. Onlar qarşıdurma nəticəsində itki verərək geri çəkilməyə məcbur olublar.

Qeyd edək ki, TSQ və ASO-nun bu il yanvarın 20-də başlatdığı “Zeytun Budağı” əməliyyatı nəticəsində Afrin şəhəri martın 18-də YPG terrorçularından azad olunub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Afrin   TSQ   ASO   YPG  


Bizi "telegram"da izləyin