Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı yerli mənbələr yayıb.
Bildirilir ki, terrorçu qüvvələr bir neçə gündür ki, ordunun nəzarətindəki Əl-Fayu şəhərini mühasirədə saxlayırlar.
Ötən gün tərəflər arasındakı sülh danışıqlarının uğursuz olmasından sonra bu gün səhərdən etibarən “Hayat Təhrir Əş-Şam” terror qruplaşması şəhərin ətrafına əlavə canlı qüvvə və hərbi texnika toplamağa başlayıb.
Qeyd edək ki, İdlib bölgəsində əsas strateji məntəqələrdən biri hesab olunan Əl-Fayu şəhərində Suriya Quru Qoşunlarının 1500-ə qədər hərbçisi fəaliyyət göstərir.
Dəyanət Ağalarlı
Ordu.az