Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlama Cənubi Koreya Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, bu gün yerli vaxtla 16:45 radələrində təlim uçuşu həyata keçirən hərbi helikopter qəzaya uğrayıb.
Rəsmi mənbələrin yaydığı məlumata əsasən qəza nəticəsində helikopterdəki 5 hərbçi həlak olub, daha 1-i yaralanıb.
Qeyd edək ki, “Pohang” hərbi bazasında baş verən qəzaya helikopterdəki nasazlığın səbəb olduğu bildirilir.
Dəyanət Ağalarlı
Ordu.az