Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı İsrail Müdafiə Nazirliyi yayıb.
Xəbərdə bildirilir ki, İsrail silahlı qüvvələri 2 gün öncə intensiv olaraq Fələstindən İsrailə doğru raket zərbələri endirən hərəkat üzvlərinə qarşı Ramallahda əməliyyat aparıb.
Əməliyyatlar zamanı baş verən qarşıdurmalar nəticəsində hərəkatın 16 üzvü zərərsizləşdirilib, daha 11-i də həbs olunub. İsrail tərəfi qarşıdurmalar zamanı itki verməyib.
Dəyanət Ağalarlı
Ordu.az