Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açılama Pentaqonun mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, ilk dəfə Vyetnam müharibəsində istifadə olunmuş “A-1E Skyraider” qırıcılarının daha müasirləşdirilmiş versiyasının istehsal edilməsi ilə bağlı müzakirələr aparılır.
Buna səbəb kimi bu təyyarələrin istehsalının daha az maliyyə tələb etməsi göstərilir.
Bir çox hərbi ekspertlər isə bu təyyarələrin istifadəsinin hərbi hava qüvvələri tərkibində fəaliyyət göstərən hərbçilərin həyatını təhükə altına atacağını bildirib.
Lakin Pentaqonun bu iddialara cavab olaraq bildirib ki, təyyarələr əsasən terrorla mübarizədə istifadə olunacaq ki, terrorçular da bu təyyarələri vura biləcək hərbi texnikaya sahib deyillər.
Qeyd edək ki, 1960-cı illərdə baş verən Vyetnam müharibəsi zamanı ABŞ ordusuna məxsus 266 ədəd “A-1E Skyraider” qırıcısı vurulub və nəticədə 144 hərbçi həlak olub.
Dəyanət Ağalarlı
Ordu.az