Çin ABŞ hərbi texnologiyalarını oğurlamaqda ittiham edilir

2018/07/GettyImages-642426908-550x330_1531815300.jpg
Oxunub: 3470     16:08     17 İyul 2018    
ABŞ-ın Kaliforniya ştatında yaşayan Çin vətəndaşının Çin hökuməti üçün ABŞ-ın hərbi texnologiyalarını oğurladığı iddia edilir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Çen Si adlı şəxsin 2013-2015-ci illərdə ABŞ-dan Çinə silah texnologiyaları və detallarını göndərməsinə dair cinayət işi açılıb.

Məlumata görə, Çen Si bunu ABŞ-ın Ticarət Nazirliyinin icazəsi olmadan edib. Göndərilən texnologiyalar arasında qabaqcıl radar, hərbi təyinatlı rabitə vasitələri, Ka-band diapazonlu kosmik kommunikasiya sistemi və s. mövcuddur.

2007-ci ildə Birləşmiş Ştatlara gedən Çenin 2012-ci ildə Çin Kommunist Partiyası hərbi akademiyadan məzun olan bir zabitlə evləndiyi məlum olub.

İddialara görə, bu vaxta qədər Çen Si bu işlərdən 200 min dollardan çox vəsait əldə edib. Ona 50 ilə qədər həbs və 1,75 milyon dollar pul cəzası verilə biləcəyi bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   ABŞ   Hərbi-Texnologiya  


Bizi "telegram"da izləyin