Husilər Cizənə hücum edib: 4 koalisiya hərbçisi həlak olub

2018/07/AP17318601864026-e1510734395411_1531812124.jpg
Oxunub: 2553     15:28     17 İyul 2018    
Yəməndəki husi qiyamçıları Səudiyyə Ərəbistanının Cizən bölgəsinə etdiyi RAKET hücumları səngimək bilmir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Səudiyyə Ərəbistanının liderlik etdiyi qiyamçılara qarşı formalaşdırılmış Ərəb Koalisiyasının sözçüsü Turki Əl-Maliki bildirib.

O qeyd edib ki, qiyamçılar Səudiyyə Ərəbistanının Yəmənlə sərhəd Cizən bölgəsində koalisiya qüvvələrinin olduğu daha bir hərbi bazaya raket hücumu ediblər.

Rəsmi açıqlamaya əsasən hücum zamanı 2-si Səudiyyə hərbçisi olmaqla ümumilikdə 4 koalisiya üzvü həlak olub, daha 2-si isə yaralanıb.

Qeyd edək ki, bu, son 1 həftədə qiyamçıların Cizənə etdiyi 4-cü hücum olub.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yəmən   Səudiyyə-Ərəbistanı   Husilər   Koalisiya  


Bizi "telegram"da izləyin