Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin Siyasi-Hərbi İşlər üzrə köməkçisi Tina Kaydanou bildirib.
Onun sözlərinə görə, NATO ölkələrinin Türkiyənin Rusiyadan S-400 HHM sistemlərini almasından narahatlığı davam edir. Sözügedən satınalma ABŞ üçün də narahatlıq mənbəyidir və ABŞ rəsmiləri dəfələrlə Ankaranı sanksiyalarla təhdid edib.
Kaydanou bildirib ki, Türkiyə məsələsində ABŞ-ın alternativi “Patriot” sistemləridir və Türkiyənin S-400 əvəzində “Patriot”ları alması istiqamətində Ankara ilə danışıqlar aparılır.
Buna baxmayaraq həm Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, həm də digər yüksək səlahiyyətli türkiyəli rəsmilər dəfələrlə bu müqavilənin artıq müzakirə mövzusu olmadığını bildiriblər.
Ağalar Ağalarlı
Ordu.az