Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Rusiya prezidenti heç bir məsələdə geri addım atmayacaqlarını vurğulayıb.
O qeyd edib ki, ABŞ prezidenti Donald Tramp prezidentliyə namizəd olmazdan əvvəl Rusiya əleyhinə bir kəlmə də olsun mənfi rəy bildirməyib.
“Donald Tramp uğurlu biznesmen olub. Kifayət qədər zəngin şəxs kimi tanınıb. Prezidentliyə namizəd olduqdan sonra birdən-birə Rusiya kimi bir problemin olduğunu xatırlayıb. Çox kobud alınacaq, amma ABŞ prezidentləri heç vaxt bu mövzuda səmimi olmayıblar. Hər biri prezident olduqdan sonra xalqa ümumi bir təhdid göstərmək üçün Rusiyanı seçir və populist çıxışlardan geri qalmrlar. Rusiya haqlı olmadığı heç bir problemin mübarizəsini aparmır. Heç bir məsələdə kompromisə getmək fikrimiz yoxdur. Bu, Helsinkidəki sammitdə də belə oldu. Nə Ukrayna, nə Suriya, nə də başqa istənilən bir mövzuda geri addım atmayacağıq”, - deyə Putin qeyd edib.
Dəyanət Ağalarlı
Ordu.az