Ordu.az “Yonhap”a istinadən xəbər verir ki, yerli vaxtla 12:10-da başlayacaq təlim ölkənin şərq sahilində yerləşən Qanqvon vilayətində keçiriləcək.
Məlumata görə, təlimlərə C-130, CN-235 hərbi nəqliyyat təyyarələri, HH-47, HH-60 helikopterləri və 3200 ton su tutumuna malik “Çeonqhayen” gəmisi qatılacaq.
Cənubi Koreya HHQ-nin rəsmisi, polkovnik-leytenant Um Kyunq-hu təlimlər ərzində real müharibə vəziyyətlərinə uyğun ssenarilərin təcrübədən keçiriləcəyini bildirib.
Ağalar Ağalarlı
Ordu.az