"Gürcüstan və Ukraynanın NATO-ya üzvlüyünə şiddətlə qarşıyıq" - Putin

2018/07/1497535898864_1531809056.jpg
Oxunub: 3087     14:18     17 İyul 2018    
Rusiya prezidenti Vladimir Putin ölkəsinin Ukrayna və Gürcüstanın NATO-ya üzv olmaq cəhdlərini mənfi qarşıladıqlarını bildirib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Vladimir Putin “Fox News”a verdiyi müsahibə zamanı qeyd edib.

O bildirib ki, NATO-nun öz sərhədlərini Rusiyaya doğru genişləndirməsi və hərbi infrastrukturunu artırması Rusiyanın milli təhlükəsizliyinə təhdid yaradır.

“NATO-nun öz hərbi infrastrukturunu və texniki təchizatını artırması bizim üçün ciddi narahatlıq doğurur. Hazırda sərhədlərimiz boyunca orda olmamaları gərəkdiyi halda, bizim üçün təhdid yaradacaq şəkildə keçirilən təlimlərdə dünyanın müxtəlif ölkələrindən minlərlə hərbçi fəaliyyət göstərir. Yəqin hər kəs qəbul edər ki, bu əsl hədə-qorxu gəlməkdir. Biz öz sərhədlərimiz boyunca belə bir hərbi təhlükənin daha da güclənməsinə razı ola bilmərik. Buna görə də Ukrayna və Gürcüsütanın alyansa üzvlüyünə şiddətlə qarşıyıq”, - deyə Putin vurğulayıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Rusiya   Gürcüstan   Ukrayna  


Bizi "telegram"da izləyin