Şimali və Cənubi Koreya daha bir hərbi rabitə xəttini bərpa edib

2018/07/180717111231_k22_1531806229.jpg
Oxunub: 4397     13:32     17 İyul 2018    
Şimali və Cənubi Koreya arasında Sarı dəniz bölgəsində olan hərbi kommunikasiya xətti tam bərpa olunub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bərpa barəsində qərar iki dövlətin ötən ay hərbi və işçi səviyyədə apardığı danışıqlar zamanı qəbul edilib.

Cənubi Koreya MN-nin məlumatına görə, o KXDR-i bütün ötürücü rabitə vasitələri və faks aparatları ilə təmin edib. Bu zaman hansısa sanksiyanın şərtlərini pozmamaq üçün BMT TŞ və ABŞ-la məsləhətləşmələr aparılıb.

Qeyd edək ki, Pxenyan 2016-cı ilin fevralında Seulun Qaesonq sənaye kompleksini bağlama qərarına etiraz olaraq Koreya Yarımadasının qərb sahilindəki hərbi rabitə xəttini dondurub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şimali-Koreya   Cənubi-Koreya   Hərbi-rabitə  


Bizi "telegram"da izləyin