Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı İraq Müdafiə Nazirliyi yayıb.
Məlumatda qeyd olunub ki, əməliyyatlar zamanı havadan 30 raket zərbəsi endirilib. Eyni zamanda qurudan edilən hücumlarda 500-ə qədər hərbçinin iştirak etdiyi bildirilir.
Rəsmi rəqəmlərə əsasən hücumlar zamanı 5 terrorçu məhv edilib, terrorçuların nəzarətindəki ərazilərin böyük bir qismi azad edilib.
Dəyanət Ağalarlı
Ordu.az