Hindistan “BrahMos” raketini sınaqdan keçirib

2018/07/BrahMosjuly16_1531731480.jpg
Oxunub: 4408     16:58     16 İyul 2018    
Hindistan ordusu supersəs “BrahMos” qanadlı raketinin uğurlu sınağını həyata keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sınaq Odişa sahil bölgəsinin Çandipur hissəsində baş tutub.

Yerli vaxtla səhər 10:18-də keçirilən sınaq zamanı raketin hədəfi yüksək dəqiqliklə vurduğu bildirilir.

Qeyd edək ki, “BrahMos” raketi Rusiya və Hindistan tərəfindən ortaq təşəbbüs əsasında təkmilləşdirilib. Onun 290 kilometr mənzilə və Max 3 səviyyəsində sürətə sahib olduğu bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   BrahMos   Raket-Sınağı  


Bizi "telegram"da izləyin