Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Türkiyə Daxili İşlər Nazirliyi yayıb.
Qeyd olunub ki, 9-15 iyul tarixlərində ölkənin 4 bir yanında keçirilən anti-terror əməliyyatları zamanı silahlı qarşıdurmalar nəticəsində 53 terrorçu məhv edilib, daha 50-ə qədəri yaralanıb.
Həmçinin polis və jandarma qüvvələrinin axtarışları nəticəsində terrorla əlaqədə şübhəli bilinən 1000-dən çox şəxs nəzarət altına alınıb.
Dəyanət Ağalarlı
Ordu.az