Ərdoğan TSQ-də ciddi islahatlar aparır

2018/07/73783675234534563452_1531725305.jpg
Oxunub: 631     15:10     16 İyul 2018    
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan silahlı qüvvələrin Baş Qərargah rəisini Müdafiə naziri vəzifəsinə təyin etdikdən sonra daha bir önəmli addım atıb.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ərdoğanın imzaladığı sərəncamla TSQ-nin Baş Qərargahı Türkiyə Müdafiə Nazirliyinə tabe edilib.

Sərəncamda həmçinin Türkiyə Ali Hərbi Şurasının (AHŞ) da strukturu dəyişdirildi. Öncəki sistemə əsasən ona Baş nazir sədrlik edir, Müdafiə naziri isə sədrin köməkçisi olurdu. AHŞ-nin tərkibinə 15 nəfərlik 4 ulduzlu general və admirallar daxil olurdu. Burada verilən qərarlar son nəticədə prezident tərəfindən imzalanmalı idi.

Yeni qərarla prezident istədiyi zaman AHŞ-nin sədri olacaq, digər hallarda isə onun təyin etdiyi müavinlərdən biri şuranın iclaslarına rəhbərlik edəcək. Eyni zamanda Müdafiə, Xarici İşlər, Daxili İşlər, Xəzinə və Maliyyə, Təhsil nazirləri, Baş Qərargah rəisi, Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Donanmanın Komandanları AHŞ-nin üzvləri olacaqlar.

Qeyd edək ki, belə bir geniş miqyasda islahat TSQ-də sonuncu dəfə 92 il əvvəl, yəni 1926-cı ildə Mustafa Kamal Atatürk tərəfindən həyata keçirilib. Həmin islahatla Atatürk Müdafiə Nazirliyi tabeliyində Baş Qərargah formalaşdıraraq ordunu siyasətdən ayırdı və hərbi zabitlərin siyasətlə məşğul olmasını qadağan etdi.

Buna baxmayaraq 1960-cı il hərbi çevrilişindən sonra ordu özünü Müdafiə Nazirliyinin tabeliyindən çıxararaq, bir növ hökumətdən muxtariyyət əldə etdi.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Türkiyə   Ərdoğan   TSQ  

Ərdoğan TSQ-də ciddi islahatlar aparır

2018/07/73783675234534563452_1531725305.jpg
Oxunub: 632     15:10     16 İyul 2018    