ABŞ və KXDR hərbi danışıqlar həyata keçirib

2018/07/152374832741_20180416_1531722895.jpg
Oxunub: 1394     14:34     16 İyul 2018    
Birləşmiş Ştatlar və Şimali Koreyadan olan yüksək səlahiyyətli hərbçilər son on ildə ilk dəfə olaraq danışıqlar həyata keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, danışıqlar ilk olaraq iyulun 12-nə planlaşdırılsa da, Şimali Koreyanın təxirə salması ilə dünən baş tutub.

Danışıqlarda əsas diqqət yetirilən mövzu Koreya müharibəsində həlak olan ABŞ əsgərlərinin cəsədlərinin qaytarılması olub. ABŞ-ın rəsmi məlumatlarına görə, 1950-1953-cü illərdə baş vermiş müharibə zamanı həlak olan əsgərlərdən 7699-unun cəsədi hələ də itkin hesab edilir.

Görüş Cənubi və Şimali Koreyanın sərhədində yerli vaxtla 10:00-da başlayıb. ABŞ tərəfindən nümayəndə heyətinə general-mayor Maykl Minihan başçılıq edib. KXDR-dən olan heyətə isə iki ulduzlu generalın rəhbərlik etdiyi bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ.Şimali-Koreya  


Bizi "telegram"da izləyin