Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib.
“Biz NATO sammitində də bu nöqtəyə toxunduq. Əgər, hərbi riskləri minimallaşdırmaq, şəffaflığı gücləndirmək istəyiriksə, Rusiya ilə siyasi və hərbi dialoqları artırmalıyıq”, - deyə Ərdoğan qeyd edib.
Bazar ertəsi baş tutacaq Tramp və Putin görüşü ilə bağlı fikirlərini ifadə edən Ərdoğan bu sammitin olduqca əhəmiyyətli olduğunu vurğulayıb. O, həmçinin Ankaranın da bu görüşü yaxından izləyəcəyini bildirib.
Ağalar Ağalarlı
Ordu.az