Ordu.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlama Türkiyə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, əldə edilən razılaşmaya əsasən Pakistan Türkiyə istehsalı 30 ədəd T129 ATAK helikopteri əldə edəcək.
Bildirilir ki, indiyə qədər istehsal olunan 35 ədəd helikopterdən hər biri Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən terrorla mübarizədə istifadə edilib və NATO standartlarına tam cavab verir.
Dəyanət Ağalarlı
Ordu.az