Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Tramp bu barədə ötən gün özünün rəsmi “Twitter” hesabından etdiyi paylaşımda bildirib.
O qeyd edib ki, prezident seçildikdən sonra bu məsələdə ciddi irəliləyiş əldə edib.
“Bugünkü NATO sammiti olduqca uğurlu keçdi. Mən (ABŞ prezidenti vəzifəsinə) seçildikdən bu yana (NATO-ya) üzv ölkələr əlavə milyardlarla dollar xərcləyib”, - deyə Tramp qeyd edib.
Politoloqlar bildirirlər ki, bununla ABŞ prezidenti hərbi xərclərlə bağlı tələblərini diktə etdiyini çatdırmaq istəyir.
Qeyd edək ki, Tramp sammitdən öncə etdiyi hər çıxışında alyansa üzv ölkələrin hər birinin öz hərbi xərclərini razılaşdırılmış standartlara əsasən ölkə ÜDM-sinin 2 faizinə çatdırmalı olduğunu vurğulayırdı.
Dəyanət Ağalarlı
Ordu.az