İran XİN: NATO-nun raket proqramımızla bağlı narahatlığı əsassızdır

2018/07/n82969098-72433650_1531465380.jpg
Oxunub: 430     15:04     13 İyul 2018    
“NATO-nun sammitindəki anti-İran xarakterli iddiaları və bəyanatlarını rədd edir və qınayırıq. Alyansın raket proqramımız üzərindəki narahatlığı əsassızdır”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Qasemi bildirib.

“Biz sammitdəki müzakirələri yaxından izlədik. Xüsusilə ABŞ-ın digər üzvlərə təzyiqi müşahidə edilirdi. Təəssüf ki, alyans İran İslam Respublikasına qarşı əsassız və həqiqəti əks etdirməyən ittihamlarını təkrarlamağa davam edir”, - deyə Qasemi vurğulayıb.

O, Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın nüvə fəaliyyətlərinə dair bəyanatlarını xatırladaraq, NATO üzvlərinin də bu bəyanatlardan xəbərdar olduğuna şübhə etmədiyini, lakin buna baxmayaraq onların əsassız fikirlərdən əl çəkmədiklərini vurğulayıb.

Qeyd edək ki, NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının bir araya gəldiyi sammitin ilk günündə qəbul edilən bəyanatda alyansın İranın ballistik raket fəaliyyətlərindən narahatlığı ifadə edilib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: İran   NATO   Raket-proqramı  

İran XİN: NATO-nun raket proqramımızla bağlı narahatlığı əsassızdır

2018/07/n82969098-72433650_1531465380.jpg
Oxunub: 431     15:04     13 İyul 2018    