Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, buna səbəb kimi Suriyadan Türkiyəyə qarşı təhlükənin tam aradan qalxmaması göstərilib.
Türkiyənin cənubundakı Qəhrəmanmərəş vilayətində yerləşdirilən sistemi 25 hərbi personal idarə edir. Onlar 2016-cı ilin iyunundan etibarən NATO-nun Türkiyəyə yardım tədbirləri çərçivəsində buraya göndərilib.
Qeyd edək ki, bundan öncə həmin bölgədə Almaniyanın “Patriot” raketdən müdafiə sistemi var idi. Lakin həmin 3 illik missiya başa çatdıqdan sonra İtaliyanın müdafiə sistemi onu əvəzləyib.
Ağalar Ağalarlı
Ordu.az