Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, liderlər müddəti 2020-ci ildə bitəcək olan Əfqanıstan qüvvələrinə yardımın gələcəyinə dair qərar qəbul ediblər.
Belə ki, təşkilatın sammitdən sonra yaydığı yekun bəyanatda Əfqanıstan təhlükəsizlik qüvvələrinə ən azı 2024-cü ilə qədər yardım ediləcəyi bildirilib.
NATO Baş katibi Yens Stoltenberq bu yardımın Əfqanıstan HHQ-nin və xüsusi təyinatlı qüvvələrinin təkmilləşməsinə töhfə verəcəyini bildirib.
Ağalar Ağalarlı
Ordu.az