Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, səfər çərçivəsində o, bir sıra yüksək vəzifəli dövlət və hökumət nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək.
Səfərlə bağlı Ağ Evin mətbuat xidmətindən bildirilən açıqlamada qeyd olunub ki, Donald Tramp Londona çatdıqdan dərhal sonra helikopterlə ABŞ-ın Londondakı səfirliyinə gedib.
Bildirilir ki, Donald Tramp səfər ərzində Britaniya Baş naziri xanım Tereza Mey və kraliça Elizabetlə də görüşəcək.
Qeyd edək ki, görüşlərdə əsas müzakirə mövzuları kimi Vaşinqton və London arasındakı ikitərəfli qarşılıqlı əməkdaşlıqların vəziyyəti və NATO-dakı problemlərin olması gözlənilir.
Dəyanət Ağalarlı
Ordu.az